Ana səhifə

(Ana Səhifə səhifəsindən istiqamətləndirilmişdir)

Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Hal-hazırda Azərbaycanca Vikipediyada 214.800 məqalə mövcuddur.

  • Məqalə yarat
  • Mündəricat
  • Kömək istə
  • Cəsur ol!
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Qanuni-ƏsasiOsmanlı imperiyasının Birinci Məşrutiyyət dövründə (1876–1878) və İkinci Məşrutiyyət dövründə (1908–1922) qüvvədə olmuş konstitusiyası. Osmanlı imperiyasının ilk və yeganə konstitusiyası olan bu sənəd sultanın səlahiyyətlərini müəyyən dərəcədə məhdudlaşdırmaqla mərkəzi hakimiyyətin təşkilati islahatlarını təmin etmək, həmçinin vətəndaşlara dini və etnik mənsubiyyətindən asılı olmayaraq hüquq bərabərliyi yaratmaq məqsədi daşıyırdı. Sultan II Əbdülhəmidin (hakimiyyəti: 1876–1909-cu illər) dövründə qüvvəyə minən konstitusiyanın hazırlanmasında və qəbul edilməsində Midhat Paşa kimi "yeni osmanlılar" hərəkatının üzvləri və digər siyasi xadimlər mühüm rol oynamışdır. "Qanuni-Əsasi" sənədinin qəbuluna qədər Osmanlı imperiyasında konstitusional inkişaf uzun bir tarixə malik idi.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
İslamda saqqalislam dinində saqqal saxlamağa münasibət. İslamın müxtəlif cərəyanlarında saqqal saxlama və ülgüc ilə qırxmağa münasibət birmənalı olmamışdır. Bəzi məzhəblərə görə, saqqalı qırxmaq günah (fasiq), saqqal saxlamaq isə vacib əməl hesab olunmuşdur. Digərlərinə görə, saqqal saxlamaq müstəhəb və ya sünnənin yerinə yetirilməsi, onu qırxmaq isə məkruh, lakin haram olmayan bir əməl sayılmışdır. Saqqal müsəlmanlar arasında kişiliyin rəmzi kimi qəbul olunmuşdur və onun saxlanılması insanın fitrətinin bir hissəsi hesab edilmişdir

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Asiya ölkələrinin siyahısıAsiya qitəsində yerləşən 56 dövlət və əraziyə verilən ümumi ad. Asiya təxminən 44.391.000 km² sahəsi ilə dünya torpaqlarının 30 %-ni əhatə edir və 4,10 milyard əhalisi ilə dünya əhalisinin beşdə üçünə ev sahibliyi edir. Asiya qitəsi Avrasiyanın bir hissəsi olub Süveyş kanalıUral dağlarının şərqində yerləşərək Avropanın şərqdə qalan hissəsini əhatə edir. Şərqdə Sakit okeanBerinq boğazı, cənubda Hind okeanı və şimalda Şimal Buzlu okeanı ilə əhatə olunub. Asiya qitəsində 61 dövlət və ərazi yerləşir. 48 dövlət BMT üzvüdür, 7 dövlət BMT tərəfindən tanınmır, 2 ərazi Çin Xalq Respublikasının özəl idarə bölgəsidir, 4 ərazi isə Böyük Britaniya ilə Avstraliyadan asılıdır.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli
Dil