Neft İxrac Edən Ölkələr Birliyi
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Neft İxrac Edən Ölkələr Birliyi və ya qısaca OPEC (ing. The Organization of the Petroleum Exporting Countries) — neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədilə yaradılan təşkilat. Bu təşkilatın üzvləri iqtisadiyyatı əsasən neftdən asılı olan dövlətlərdir.
| Neft İxrac Edən Ölkələr Birliyi OPEC | |
|---|---|
| Neft İxrac Edən Ölkələr Birliyi | |
| | |
| | |
| | |
| Yaranma tarixi | 14 sentyabr 1960[1][2] |
| Rəsmi dili | |
| Baş ofisin yerləşməsi | Vyana, Avstriya |
| Prezident | Haitham al-Ghais |
| opec.org | |
Haqqında
redaktəOPEC daim fəaliyyətdə olan qeyri-hökumət təşkilatı kimi 1960-cı il sentyabr ayının 10–14-də Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela (Venesuela təşkilatın yaranması təşəbbüsünə ilk dəfə 1949-cu ildə cəhd göstərib) təşkilata daxil olub.
Bu 5 ölkəyə sonradan Qətər, (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973–1992), Qabon (1975–1994), Anqola (2007) qoşulub. Ekvador 1993-cü ildə ya təşkilatın üzvlük haqqını ödəyə bilmədiyindən, ya da təşkilatın qərara aldığı miqdardan daha çox neft istehsal etmək istədiyindən təşkilatdan çıxıb. 2007-ci ildə isə İndoneziya təşkilatı tərk edib.
Təşkilatın qərargahı 1965-ci ildən Vyanada yerləşir. Hazırda OPEC-in 12 üzvü var.
İndoneziya dekabr 1962 üzvlüyü görüş altında çünki İndoneziya OPEC tərəfindən artıq dəqiq neft ixracatçısı olaraq qəbul edilməməkdədir.
Köhnə üzvlər
redaktəQabon (bütün ümumi üzvlük 1975-dən 1995-ə qədər)
Üzvlüyü gözlənilənlər
redaktəÜzvlükdən çıxanlar
redaktəŞəkillər
redaktəİstinadlar
redaktə- ↑ http://www.monde-diplomatique.fr/index/sujet/opep.
- ↑ https://fastercapital.com/content/Unveiling-the-Controversial-Practice-of-OPEC-s-Price-Fixing.html.
- ↑ "Birləşmiş Ərəb Əmirlikləri OPEC üzvlüyündən çıxır". İstifadə tarixi: 26 aprel 2026.
- ↑ Lieber, Summer Said, Jared Malsin and Dov. "The U.A.E.'s OPEC Bombshell Signals a New Middle East Order". The Wall Street Journal (ingilis). 29 aprel 2026. İstifadə tarixi: 6 may 2026.