Sayra (lat. Cololabis saira) — Sayralar cinsinə daxil olan dəniz balığı. Mühüm sənaye əhəmiyyəti vardır.

Sayra
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Sayra
Beynəlxalq elmi adı

Təsviri

redaktə

Uzunsov formaya malikdir. Pulcuqları kiçik ölçülüdür. Alt çənəsi üst çənəyə nisbətdə uzundur. Beli tünd-yaşıl və ya mavi-yaşıldır. Böyür nahiyəsi gümüşüdür.

Bədəninin maksimal uzunluğu 40 sm, çəkisi isə 180 q[2]. Orta ömür müddəti 5—6 ildir.

Biologiya

redaktə

Sürü ilə yaşayan balıqlar dəniz və okeanların 230 m dərinliyinə qədər mümahidə edilirlər. Mövsümü miqrasiya edirlər: payızda cənuba, yazda şimala. Planktonlar və balıq kürüsü ilə qidalanırlar. Yetkinlik yaşına 2-ci ilində çatırlar. Ölçüdən asılı olaraq 9-22 min kürü qoyurlar. Kürüdən çıxan balalar hərəkət edən yosunların arasında gizlənirlər.

Yayılması

redaktə

Sayralar Şimal yarımkürəsinin Sakit okean sularında, Koreya, Yaponiya, Kuril adaları, KamçatkaAlyaska sahil sularında yayılmışlar.


Ümumdünya sayra ovu[3]
İl2005200620072008200920102011201220132014
Dünya üzrə öv, min. t478,2394,9524,9622,1475,7432,4459461428,4628,6

İstinadlar

redaktə