Bathory— Vikinq metala və blək metala öz əhəmiyyətli töhfəsini vermiş[1] İsveç musiqi qrupu 1983-cü ildə Stokholmda yaradılmışdır. Quorthon ləqəbli Tomas Forsberg, bas gitarist Hanoi və baterist Vans tərəfindən qurulub.

Bathory
Loqonun şəkli
Əsas məlumatlar
Üslub (1983-1987)
blək metal
treş metal
(1988-2004)
vikinq metal
Fəaliyyət illəri 19832004
Ölkə İsveç İsveç
Şəhər Stokholm
Leybl Black Mark Production
Tyfon Grammofon
Noise Records
Heyət Quorthon
Keçmiş üzvlər Freddan
Yonas Okerlund
Vvornth
Kothaar
www.bathory.se
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yaradılması və faəliyyəti

redaktə

Bir neçə dəfə qrup adı dəyişsə də sonda Quorthon qrupun adının Bathory olaraq qalmasını istəyib. Adını bir macar qrafinya Yelizaveta Batoridən götürmüşdür. Qrup 1985-ci ildən sonra heç konsert verməmişdir. Bu tarixdən əvvəlki konsertləri isə kiçik səhnələrdə vermişdir. Quorthon qrupdan hər dəqiqə üzv çıxartmaqla məşhur idi. 1984-1988-ci illər blək metal, 1994-1995-ci illər traş, 1988-1991-ci illər və 1996-2004-cü illər isə vikinq metal janrında musiqilər ifa ediblər. Tərkibində bir çox blək/thraş qrupunu saxlayan Blackmark Productionsun müdiri deyilənə görə Quorthonun atasıdır. Bu şübhələrin yaranmasına səbəb qrupun bütün albomlarının Blackmark Productions etiketiylə bazara çıxarılmasıdır. Bathory qrupu blək metalın ortaya çıxmasında pay sahibi olduğu qədər eyni zamanda "Blood Fire Death" albomuyla vikinq metal janrına da öz töhfəsini vermişdir. Qrupun frontmanı (vokal işini də öhdəsinə götürən əsas adam) Quorthonun 2000-ci ildə Lake Of Tears vokalisti ilə birlikdə Silverwing adlı gothic / doom metal qrupunda bir demo fəaliyyəti də olmuşdur. Bathory arxasında 3 tribute (ölənin arxasından hörmət əlaməti olaraq çıxarılan 'yad etmə' albomu), 200-dən çox cover (tribute'lər də daxil), 2 film soundtrackı və 16 albom buraxmışdır. Qrup, fəaliyyətinin ilk illərində anti-xristianlıq, laveyanlıq kimi mövzularla fanlarının diqqətini çəkmişdir. Sonrakı illərində Skandinaviya mifologiyası və Odinizm üzərində sıx duraraq ölkəsinin tarixini mahnı sözlərində qabarıq ifadə etmişdir.

Fəaliyyətini dayandırması

redaktə

Qrupun frontmanı Quorthon 7 İyun 2004-cü il tarixində İsveçdə evində keçirdiyi ürək çatışmazlığından vəfat etmişdir. Və bununla da qrup öz fəaliyyətini dayandırmışdır.

Diskoqrafiya

redaktə

Xarici keçidlər

redaktə

İstinadlar

redaktə
  1. "Bathory". 2 iyul 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2018.