Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Hal-hazırda Azərbaycanca Vikipediyada 216.742 məqalə mövcuddur.

  • Məqalə yarat
  • Mündəricat
  • Kömək istə
  • Cəsur ol!
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Qırğız Muxtar VilayətiRusiya Sovet Federativ Sosialist Respublikasının (RSFSR) tərkibində inzibati-ərazi vahidi. Bu qurum Sovet İttifaqı daxilində qırğız xalqının milli dövlətçiliyinin ilkin forması kimi çıxış etmişdir. Müasir Qırğızıstanın tarixşünaslığında hesab olunur ki, qırğızların ilk dövlətçiliyi Tyan-Şan ərazisində müasir qırğız etnosunun formalaşmasından hələ əvvəl Cənubi SibirMonqolustan ərazilərində mövcud olmuş Yenisey qırğızlarının erkən orta əsrlər dövləti sayılır. Sözügedən dövlət monqol istilası nəticəsində süquta uğramışdır. Qırğız Muxtar Vilayəti 1 fevral 1926-cı ildə Qırğızıstan Muxtar Sovet Sosialist Respublikasına çevrilmişdir. Hazırda bu ərazi Qırğızıstan Respublikasıdır.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Ur hökmdar qəbiristanlığı — müasir İraqın cənubunda yerləşən Ziqar mühafəzəsində yerləşən arxeoloji abidədir. Burada çoxsaylı adi şəxslərlə yanaşı, elit təbəqəyə mənsub insanlar, o cümlədən ehtimal ki, Urun I sülaləsinin bir neçə hökmdarı dəfn olunmuşdur. Urda ilk qazıntılar 1922–1934-cü illər arasında Leonard Vullinin rəhbərliyi ilə, Britaniya MuzeyiABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhərində yerləşən Pensilvaniya Universitetinin Arxeologiya və Antropologiya Muzeyi ilə əməkdaşlıq çərçivəsində aparılmışdır. Tapıntıların böyük hissəsi bu gün müxtəlif muzeylərdə, xüsusilə Bağdaddakı İraq Milli Muzeyində və Britaniya Muzeyində saxlanılır. Qəbiristanlıq e.ə. III minilliyin birinci yarısında, məbəd kompleksinin cənub-şərqində salınmışdır. O, Akkad dövründə və Üçüncü Ur sülaləsi zamanı da istifadə olunmuşdur.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Cəlairi hökmdarlarının siyahısıCəlairilər sultanlığını idarə edən hökmdarların siyahısı. Sultanlığın əsası 1340-cı ildə Şeyx Böyük Həsən tərəfindən qoyulmuş və ikinci hökmdarı sultan Üveysin hakimiyyət illərində ən qüdrətli dövrünü yaşamışdır. Sultan Üveys dövründə Cəlairilər Azərbaycanı, Şərqi AnadolununƏcəm İraqının bir hissəsini ələ keçirdilər. Həmçinin bu dövrdə Şirvanşahlar və Mərkəzi İranda hakimiyyətdə olan Müzəffərilər Cəlairilərin vassalına çevrildilər. Sultanların iqamətgahı müxtəlif dövrlərdə Bağdad, Təbriz, ŞuştərHillə olmuşdur.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli
Dil