Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Hal-hazırda Azərbaycanca Vikipediyada 216.456 məqalə mövcuddur.

  • Məqalə yarat
  • Mündəricat
  • Kömək istə
  • Cəsur ol!
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Almaniyanın birləşdirilməsi — 1871-ci ildə alman xalqlarının yaşadığı bir neçə onlarla müstəqil dövlətin Prussiya krallığı ətrafında birləşərək Almaniya imperiyası federal dövlətinin yaradılması. Almaniyanın siyasi və inzibati cəhətdən inteqrasiya olunmuş bir dövlət halına gəlməsi 1871-ci il 18 yanvar tarixində Fransanın Versal sarayındakı Güzgülü salonda elan edildi. Avstriya xaric olmaqla, bütün alman dövlətlərinin şahzadələri Fransa–Prussiya müharibəsinin nəticəsində Fransanın təslim olmasından sonra bir yerə gələrək Prussiya kralı I Vilhelmi alman imperatoru elan etdilər. Qeyri-rəsmi olaraq, alman dilli dövlətlərin de-fakto federativ sistemə keçməsi prosesi gedirdi.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Red Faction — 2001-ci ildə "Volition" tərəfindən hazırlanmış, THQ tərəfindən yayımlanmış birinci şəxs atıcı janrlı videooyun. Oyun ilkin olaraq, "PlayStation 2" və "Microsoft Windows" platformaları üçün satışa çıxarılmış, 2001-ci və 2002-ci illərdə "Macintosh" sistemləri üçün də uyğunlaşdırılmışdır. Onun "N-Gage" versiyası "Monkeystone Games", mobil versiyası isə "Blue Beck" tərəfindən hazırlanmışdır. 2016-cı ildə oyun "Plaion" tərəfindən "PlayStation 4" platformasına köçürülmüş, "THQ Nordic" tərəfindən həm fiziki, həm də rəqəmsal formatlarda yayımlanmışdır. Oyun müasir elmi-fantastik əsərlərin bir sıra nümunələrindən ilham almışdır.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Code Geass: Lelouch of the Rebellion seriyalarının siyahısıSunrise, Mainichi Broadcasting SystemProject Geass tərəfindən istehsal olunmuş anime serialıdır. Animenin rejissorluğunu Qori Taniquçi etmişdir, ssenarini isə İçiro Okoçi yazmışdır. Personajları fikirləşmək işi ilə CLAMP manqaka qrupu məşğul olmuş və personajları Takahiro Kimura təsvir etmişdir. Anime serialı britaniyalı Leluş Lamperujun Qiass adlı güc növünü qazandıqdan sonra Qara cəngavərlər adlı gizli təşkilat qurmasından və supergüc olan Müqəddəs Britaniya İmperiyasına qarşı döyüşməyindən bəhs edir.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli
Dil