Samar adası (var. Samar) — Filippin arxipelaqının mərkəzində yerləşir. Adanın sahəsi 12 849,4 km²[1] təşkil edir.

Samar adası
Ümumi məlumatlar
Sahəsi 12849.4 km²
Hündür nöqtəsi 850 m
Əhalisi 1.751.267 nəfər (2010-cu il)
Yerləşməsi
12°03′00″ şm. e. 125°07′00″ ş. u.HGYO
Ölkə  Filippin
Akvatoriya
Samar adası xəritədə
Samar adası
Samar adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Samar adası

Ada ilk dəfə ispaniyalı dənizçi Rui Lopes de Vilyalobos (isp. Ruy López de Villalobos) tərəfindən 1543-cü ildə kəşf edilir.

Əhalisi

redaktə

Adanın ən iri şəhəri Kalbayoqdur. Ada inzibati cəhətdən Samar (733,377 nəf), Şimali Samar (589,013 nəf) və Şərqi Samar (428 877 nəf) cilayətlərinə bölünür. Ümumi əhalisi 1,751,267 nəfər təşkil edir[2]. Ada əhalisinin böyük əksəriyyəti Visayyalılardır.

İqtisadiyyat

redaktə

Adanın iqtisadiyatının əsasını yeyinti, dağ mədən və meşə sənayeləri təşkil edir. Əhalinin əsas məşğuliyyəti əkinçilik, quşçuluq və heyvandarlıqla məşğul olurlar. Burada banan, kofe, sitrus meyvələri, manqo, kakao, abaka, şəkərqamışıdüyü yetişdirilir. Üstəlik öküzlər, keçi, donuz, ördək və toyuq saxlanılır. Balıqçılıqda isə sardina və tunes balığı bəslənilir.

İstinadlar

redaktə
  1. "Arxivlənmiş surət". 28 aprel 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2015.
  2. Republic of the Philippines. National Statistics Office. "Population and Annual Growth Rates for The Philippines and Its Regions, Provinces, and Highly Urbanized Cities Based on 1990, 2000, and 2010 Censuses" (PDF). aprel 2012. 26 dekabr 2018 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 4 aprel 2012.