Prut (ukr. Прут, rum. Prut, mold. Prut) — Ukraynada, MoldovadaRumıniyada çay, Dunay çayının sol qolu. Moldovanın Rumıniya ilə dövlət sərhəddi Prut çayından keçir. Çayın uzunluğu 989 km, hövzəsinin sahəsi isə 27.5 min km²-dir. Şərqi Karpat dağlarından başlanır. Yağış və qar suları ilə qidalanır. Yanvardan martadək (45–50 gün) donmuş olur (mülayim havada buz örtüyü əriyir). Əsas qolları Rakovets, Çuqur, Çeremoş, Jijiya, Baxluy çaylarıdır. Leovo şəhərinədək gəmiçiliyə yararlıdır. 1978-ci ildə Rumıniya ilə Moldova arasında çayın üzərində həcmi 1085 milyon m³ olan su anbarı ilə birlikdə hidrotexniki qovşaq tikilmişdir. Yaremça, Kolomıya, Siyatın, Çernovtsı, Novoselitsa, Ungenı, Leovo şəhərləri Prut sahilində yerləşir.[1]

Prut
Xəritə
Ölkə
Mənbəyi Karpat
Mənsəbi Dunay
Uzunluğu
  • 953 km
Su sərfi 121 m³/san
Hövzəsinin sahəsi 27.500 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1941-ci ildə K. A. Qasımov bir neçə döyüşçü ilə Prut üstündəki mühüm strateji əhəmiyyətli 3 körpünü partlatmış və alman-faşist qoşunlarının sol sahilə çıxmasını xeyli ləngitmişdi.

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. Прут // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VIII ҹилд: ПрадоСпринт. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1984. С. 31.