Maykl Con Duqlas (ing. Michael John Douglas; 5 sentyabr 1951[1][2][…], Koraopolis[d], Pensilvaniya) — ABŞ aktyoru. "Bitlcus" və "Betmen" rollarını ifa etmişdir.

Maykl Kiton
Michael Keaton
Doğum adı Michael John Douglas
Doğum tarixi 5 sentyabr 1951(1951-09-05)[1][2][…] (74 yaş)
Doğum yeri
Partnyoru
Fəaliyyəti kino aktyoru, aktyor, müğənni, kinorejissor, xarakter aktyoru, dublyaj aktyoru, televiziya aktyoru, səsləndirmə aktyoru[d], film prodüseri
Fəaliyyət illəri 1975-ci ildən
Üzvlüyü
Mükafatları "İncəsənət və ədəbiyyat" ordeninin zabit dərəcəsi — 2016
IMDb ID0000474
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Maykl Con Duqlas 5 sentyabr 1951-ci il tarixində Pensilvaniya ştatınnı Koraopolis şəhərində doğulmuşdur.[3][4][5][6] Valideynləri ingilis, irland, irland-şotland və alman əsillidir.[7] O, ailədə yeddi uşaqdan ən kiçiyi idi. İlk dəfə aktyorl karyerasına 25 yaşında rol aldığı "Mod" adlı televiziya serialında ifa etdiyi Çip Vinston rolu ilə başlamışdır.

Aktyorluğa yeni başladığı müddətdə Maykl Duqlasla qarışdırılma təhlükəsiylə qarşı-qarşıya qalan Maykl soyadını dəyişdirməyə qərar verir. O dövrdə böyük heyranlıq bəslədiyi ABŞ aktrisası Dayan Kitonun (əsl adı: Dayan Holl) bir şəklini gördükdən sonra yeni soyadını "Kiton" olaraq adlandırır. Maykl bu soyadını müvəqqəti düşünmüş, amma tamaşaçıların uzun müddət onu Maykl Kiton adı ilə tanıdıqlarından, Maykl bir müddət sonra rəsmi olaraq soyadını "Kiton" olaraq dəyişdirmişdir.

Maykl Kiton bir müddət televiziya seriallarında iştirak etdikdən bir müddət sonra karyerasını filmlərdə davam etdirməyə başlayır və ilk filmi "Gecə növbəsi" (1982) adlı komediya filmi olur. Maykl Tim Börtonun 1988-ci ildə çəkdiyi "Bitlcus" filmində "Bitlcus", 1989-cu ildə ildə çəkdiyi "Betmen" filmində Brüs Ueyn rol canlandırır və populyarlıq qazanır. 2000-ci illərdən başlayaraq bir çox animasiya filmlərində personajları səsləndirmiş və rejissorluq karyerasına başlamışdır.

Seçilmiş filmoqrafiya

redaktə
İl Ad
1972–1978Mod
1982Gecə növbəsi
1983Cənab Ana
1987Onun uşağı olacaq
1988Bitlcus
1989Betmen
1991Betmenin qayıdışı
2006Maşınlar
2010Oyuncaqların hekayəsi 3
2011Maşınlar 2
2013Şimal Penthausu
2013Tarixi silmək
2014RoboKop
2016 Qurucu

İstinadlar

redaktə
  1. 1 2 Sparks K. Michael Keaton // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Michael Keaton // Brockhaus Enzyklopädie (alm.). F.A. Brockhaus, 1796.
  3. "Michael Keaton Biography (1951–)". Filmreference.com. 9 sentyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 yanvar 2012.
  4. A Leading Man Without Pause Arxivləşdirilib 2013-06-01 at the Wayback Machine. The Record (Bergen County, NJ)
  5. Vancheri, Barbara. "Obituary: Leona Douglas / Actor Michael Keaton's mother doted on her seven children". Pittsburgh Post-Gazette. 13 noyabr 2002. 11 avqust 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyul 2010.
  6. "Actor Michael Keaton is another who insists he is half-Scottish". Sunday Express. 25 sentyabr 2005. 2 yanvar 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2007.
  7. Fulton, Rick. "Michael Keaton: I dropped my phone in surprise when I was offered the role of Barbie's Ken in Toy Story 3". Daily Record. 11 iyun 2010. 17 avqust 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 sentyabr 2010.

Xarici keçidlər

redaktə