Malstrom (ing. maelstrom, isv. malström) və ya malstrimNorveçin şimal-qərb sahillərində, Norveç dənizində müşahidə olunan su burulğanı[1].

Malstromun və ya burulğanın müşahidə edildiyi ərazi. Lofoten adalarının cənub hissəsi
Carta Marinada burulğanın təsviri.1539-cu il

Yerləşməsi və yaranması

redaktə

Lofoten adaları qrupunun cənubunda, Fere və Moskenesyoy adaları arasında yaranır. Yranma səbəbi əsasən qabarma və çəkilmələrdi. Əlavə olaraq dəniz dibinin mürəkkəb relyefi və sahillərin çox parçalanması (fiordlar) da malstromun yaranmasında böyük rol oynayır. Ümumən malstrom qabarma daxilində formalaşan burulğanlar sistemidir. Qabarma meydana gələn zaman su kütləsi sürrətlə adalara doğru hərəkət edir. Qabarmaya qarşı isə su altında və su üzərində yerləşən qayalar mane olur. Daha sonra su kütləsi adalar arasında yerləşən ensiz boğazlarakörfəzlərə daxil olur. Nəticədə burulğanlar formalaşır. Malstromla bərbabər daha az tanınan, ancaq böyük su kütləsinə malik Salstrumen də formalaşır. Burulğanlar çəkilmə zamanı da meydana gəlir. Malstrom zamanı güclü səs qeydə alınır[2].

Malstrom haqqında ilk dəfə olaraq XVI əsrdə, Gerard Merkatorun atlasında məlumat verilir.

İstinadlar

redaktə
  1. "MAELSTROM, subst. masc". 13 noyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 dekabr 2019.
  2. "Ужасающая воронка". 17 dekabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 dekabr 2019.