I Faruq (ərəb. فاروق الأوّل; 11 fevral 1920[1][2][…] – 18 mart 1965[1][3], Roma) — Misir və Sudan kralı.
| I Faruq | |
|---|---|
| ərəb. فاروق الأول | |
| | |
| 28 aprel 1936 – 26 iyul 1952 | |
| Əvvəlki | I Fuad |
| Sonrakı | II Fuad |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 11 fevral 1920[1][2][…] |
| Vəfat tarixi | 18 mart 1965[1][3] (45 yaşında) |
| Vəfat yeri | |
| Vəfat səbəbi | zəhərlənmə[d] |
| Fəaliyyəti | siyasətçi |
| Atası | I Fuad[4] |
| Anası | Nazlı Səbri[4] |
| Həyat yoldaşları |
|
| Uşaqları | |
| Ailəsi | Kavalalı ailəsi |
| Dini | sünnilik |
| Rütbəsi | |
|
|
|
| Təltifləri |
|
|
|
|
Həyatı
redaktə11 fevral 1920-ci ildə Qahirədəki Abidin sarayında dünyaya gəldi. Atası Misir sultanı I Fuad, anası isə onun ikinci xanımı Nazlı Səbridir. Uşaqlıq illəri kiçik bacıları Fövziyyə, Faizə, Faiqə və Fəthiyə ilə yanaşı, atasının ilk evliliyindən doğulan ögey bacısı Fövqiyyə ilə birlikdə keçdi. Atasının yeganə oğlu və taxtının varisi olması səbəbilə, kiçik yaşlarından etibarən sərt və intizamlı saray təlim-tərbiyəsi aldı. Misir ərəbcəsi, türkcə və fransızca ilə yanaşı, ingilis, italyan və klassik ərəb dillərini öyrəndi. İton kolleci imtahanlarında uğursuz oldu və Vulviçdəki hərbi akademiyaya daxil oldu. Ancaq onun Londondakı təhsil həyatı çox da yaxşı deyildi və buradakı gənclik illəri restoranlar, ictimai fahişəxanalar və alış-veriş mərkəzlərində keçdi. 28 yanvar 1936-cı ildə Vestminster abbatlığında baş tutan Britaniya kralı V Corcun cənazə mərasimində atasının rəsmi təmsilçisi olaraq iştirak etdi.
28 aprel 1936-cı ildə atası I Fuad ürək tutması səbəbilə vəfat etdi və xəbəri almasından dərhal sonra 16 yaşlı Faruq İngiltərədən ayrıldı. Ayrılmazdan öncə yeni Britaniya kralı VIII Eduardla görüşdü və atasının vəfatıyla bağlı başsağlını qəbul etdi. Ardından öncə gəmiylə Fransaya keçdi. Burada Parisdə alış-veriş etdikdən və Yelisey sarayını ziyarət etdikdən sonra qatarla Marselə, oradan isə gəmiylə İsgəndəriyyəyə yola düşdü. 6 mayda İsgəndəriyyəyə çatan I Faruq xalq tərəfindən şənliklərlə qarşılandı. Misir və Sudan taxt-tacıyla yanaşı, atasından külli miqdarda şəxsi sərvət də miras almışdı. Bu şəxsi sərvətə 100 milyon ABŞ dolları (inflyasiyanı nəzərə alaraq, 2025-ci il üçün 2.3 milyard ABŞ dolları), Nil çayı sahili boyunca uzanan 30 min hektar torpaq sahəsi, 5 saray, 200 avtomobil və 2 yaxta daxil idi.
29 iyul 1937-ci ildə Qahirədə baş tutan rəsmi tacqoyma mərasiminə qədər seçilmiş 3 naib tərəfindən dövlət idarəsi ələ alındı. Bunlar yeni kralın əmisi oğlu Mehmed Əli Tofiq, dayısı Şərif Səbri Paşa və ailənin uzaq qohumu olan Əziz İzzət Paşa oldu. Rəsmi tacqoyma mərasiminin ardından Misir tarixində ilk dəfə I Faruq radio vasitəsilə xalqa xitab etdi. Atası kimi italyan heyranlığı vardı və bu səbəblə, bürokratiyadakı bütün ingilis əsilli məmurları uzaqlaşdırdı. 24 avqust 1937-ci ildə İsgəndəriyyəli bir dövlət məmurunun qızı olan Sərfinaz Zülfüqarla nişanlandığı elan edildi. Kralın sadə bir məmur qızıyla evlənməsi xəbəri xalq tərəfindən bəyənildi. Hələ 15 yaşında olan gəlin namizədinin atası bu evliliyə qarşı çıxsa da, bir neçə saatlıq həbs edilməsi və Paşa ünvanı alması bu evliliyə razılıq verməsinə səbəb oldu. Sərfinaz Zülfüqarın 17-ci ad günündə (5 sentyabr 1937) rəsmi evlilik təklifi edildi. F hərfiylə başlayan adların insana uğur gətirdiyinə inanan I Faruq, nişanlısının adını Fəridə olaraq dəyişdirdi. Nişan hədiyyə olaraq 50 min ABŞ dolları dəyərində bir çek və yenə eyni dəyərdə almaz üzük hədiyyə edildi. Toy mərasimiylə bağlı açıqlama verildiyi əsnada, Ras əl-Tin sarayının önündə izdiham yaşandı və izdiham əsnasında 22 nəfər əzilərək öldü, 140 nəfər isə ağır yaralandı. Cütlüyün toy mərasimi 20 yanvar 1938-ci ildə Qahirədəki Qübbə sarayında baş tutdu.
26 may 1938-ci ildə drəc olunan qərarla, bacısı Fövziyyəni İran şahı Rza şahın oğlu vəliəhd Məhəmmədza Pəhləvi ilə nişanlandığını elan etdi.
İkinci Dünya müharibəsi illərində Misir hökuməti bitərəf qalsa da, Qahirədəki Britaniya səfiri Lampsonun təzyiqləri nəticəsində Almaniya ilə bütün diplomatik əlaqələr kəsildi. Ancaq dəbdəbəli həyat tərzi, dövlət işlərindən uzaq qalması, vaxtının çoxunu Avropanın fərqli şəhərlərinə səyahət etməklə keçirməsi xalq tərəfindən xoş qarşılanmadı. Bundan başqa lüks maşın kolleksiyası vardı və dünyanın fərqli yerlərindən məşhur zinyət əşyaları və brilyant daşlar satın alırdı.
Mənbə
redaktəƏdəbiyyat
redaktə- Buhite, Russell. Decisions at Yalta an appraisal ical of summit diplomacy. Wilmington: Scholarly Resources. 1986.
- Gordon, Joel. "The Myth of the Savior: Egypt's "Just Tyrants" on the Eve of Revolution, January–July 1952". The Journal of the American Research Center in Egypt. 26. 1989: 223–237. doi:10.2307/40000710. JSTOR 40000710.
- Mayer, Thomas. "Egypt's 1948 Invasion of Palestine". Middle Eastern Studies. 22 (1). yanvar 1986: 20–38. doi:10.1080/00263208608700648.
- Milani, Abbas. The Shah (ingilis). St. Martin's Publishing Group. 2011. ISBN 978-0-230-11562-0.
- Morsy, Laila. "Farouk in British Policy". Middle Eastern Studies. 20 (4). oktyabr 1984: 193–211. doi:10.1080/00263208408700606.
- Morsy, Laila. "Indicative Cases of Britain's Wartime Policy in Egypt, 1942–44". Middle Eastern Studies. 30 (1). yanvar 1994: 91–122. doi:10.1080/00263209408700985.
- Smith, Charles. "4 February 1942: Its Causes and Its Influence on Egyptian Politics and on the Future of Anglo-Egyptian Relations, 1937–1945". International Journal of Middle East Studies. 10 (4). noyabr 1979: 453–479. doi:10.1017/S0020743800051291.
- Stadiem, William. Too Rich: The High Life and Tragic Death of King Farouk. New York: Carroll & Graf Pub. 1991. ISBN 0-88184-629-5.
- Thornhill, Michael. "Britain, the United States and the Rise of an Egyptian Leader: The Politics and Diplomacy of Nasser's Consolidation of Power, 1952–4". The English Historical Review. 119 (483). sentyabr 2004: 892–921. doi:10.1093/ehr/119.483.892.
- Vatikiotis, P. J. Nasser and his generation. London: Croom Helm. 1978. ISBN 978-0856644337.
- Weinberg, Gerhard L. A World at Arms: A Global History of World War II. Cambridge University Press. 2004. ISBN 978-0-521-61826-7.
İstinadlar
redaktə- 1 2 3 4 Faruk I. // Brockhaus Enzyklopädie (alm.). F.A. Brockhaus, 1796.
- 1 2 Faruk I d’Egipte // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
- 1 2 Faruk // Munzinger Personen (alm.).
- 1 2 3 4 Lundy D. R. The Peerage (ing.).
Bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirə bilərsiniz. |