II Qubad (pəhl. 𐭪𐭥𐭠𐭲) və ya II Qəvad (5906 sentyabr 628, Ktesifon) — Sasanilər imperiyasının hökmdarı.[1]

II Qubad
pəhl. 𐭪𐭥𐭠𐭲
Şəxsi məlumatlar
Doğum tarixi 590(0590)
Vəfat tarixi 6 sentyabr 628(0628-09-06) (37–38 yaşında)
Vəfat yeri
Vəfat səbəbi taun
Fəaliyyəti hökmdar[d]
Atası II Xosrov
Ailəsi Sasani sülaləsi[d]
Dini Zərdüştçülük
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiyası

redaktə

O, II Xosrov ilə bizanslı Mariyanın oğlu idi. Şərq mənbələrinə görə, onun anası İmperator Mavrikinin qızı olmuşdur, lakin Bizans mənbələri bunu təsdiqləməmişdir.

Həmin dövrdə Sasani-Bizans müharibəsində (602–628) Bizans üstünlüyü ələ almış, I İrakli Sasanilərə ciddi zərbələr endirmişdi. Bu mürəkkəb vəziyyətdə çevriliş yolu ilə hakimiyyətə gələn II Qubad, atasını ilə birlikdə qardaşlarını da öldürtmüşdü. Vəziyyət mürəkkəb olduğundan II Qubad, Bizans ilə sülh danışıqları aparmışdı.

Onun dövründə yerli əyanlar daha müstəqil idilər. O, atasının pul sistemində etdiyi dəyişiklikləri də ləğv etmişdir.

II Qubad, 8 aylıq hakimiyyətindən sonra taundan vəfat etmişdir.[2]

İstinadlar

redaktə
  1. "The Sāsānian period". Britannika. 2026. 1 may 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 may 2026.
  2. Schindel, Nikolaus. "KAWĀD II". The Encyclopædia Iranica. 2022. 1 may 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 may 2026.