Marti Zambotto (ing. Marty Zambotto; 25 noyabr 1995[1][2]) daha çox Go-Jo səhnə adı ilə tanınır — fransamənşəli Avstraliya müğənnidi, mahnı müəllifi və musiqi prodüseri. O, "Milkshake Man" mahnısı ilə 2025 Avroviziya Mahnı Müsabiqəsində Avstraliyanı təmsil etmişdir.
| Go-Jo | |
|---|---|
| ing. Marty Jo Zambotto | |
| | |
| Ümumi məlumatlar | |
| Ləqəbi | Go-Jo |
| Doğum tarixi | 25 noyabr 1995[1][2] (30 yaş) |
| Musiqiçi məlumatları | |
| Fəaliyyəti | müğənni, musiqiçi |
| Fəaliyyət illəri | 2016-cı ildən |
| Janr | pop musiqisi |
Həyatı
redaktəMarti Zambotto Qərbi Avstraliyanın Manciymap şəhəri yaxınlığında, elektrik enerjisi, su xətti və telefon rabitəsi olmayan uqar bir mülkdə böyümüşdür. İfaçının öz sözlərinə görə, bu şərait onun fərdi musiqi üslubunun və yaradıcılıq kimliyinin formalaşmasına kömək etmişdir. Onun atası fransızdır və Zambotto həm Avstraliya, həm də Fransa vətəndaşlığına malikdir. Anası bir rok qrupunun solisti olmuşdur və oğlu 13 yaşında olarkən ona ilk gitarasını hədiyyə etmişdir.[3][4] Beləliklə, Marti ilkin olaraq digər ifaçılar üçün mahnılar yazmağa və prodüserlik etməyə başlamışdır. "Go-Jo" musiqi ilə yanaşı, Avstraliya futbolu ilə də ciddi məşğul olmuş və yeniyetməlik illərində Qərbi Avstraliya Futbol Liqasında çıxış edən "East Perth Royals" komandasında yarımpeşəkar səviyyədə oynamışdır. Lakin sonradan tamamilə musiqi karyerasına yönəlmək məqsədilə idmanı tərk etmişdir. Bu qərardan sonra o, solo fəaliyyətinə diqqət yetirmək üçün Sidney şəhərinə köçmüşdür.[5][6][7]
"Go-Jo" gitara musiqisinin mərkəzi rol oynadığı müəllif mahnıları və kover versiyaları ilə tanınır. Onun "Goo Goo Dolls" qrupunun "Iris" mahnısına etdiyi kover "Spotify" platformasında 3 milyondan çox dinlənilmişdir. Bondi çimərliyində özünün "Mrs. Hollywood" mahnısını ifa etdiyi video çarx 6 milyondan çox baxış toplamışdır. Bu kompozisiya bütün rəqəmsal platformalar və video resurslar üzərində ümumilikdə 60 milyondan çox strim və bir milyarddan çox baxış sayı əldə etmişdir.[4][8]
2023-cü ildə "Go-Jo" dünyada layihələri ən çox dinlənilən doqquzuncu Avstraliya sənətçisi olmuşdur. O, Avstraliya, Avropa, Amerika Birləşmiş Ştatları və Cənub-Şərqi Asiya ölkələrində qastrol səfərlərində çıxış etmişdir.[4]
25 fevral 2025-ci il tarihinde "SBS" telekanalı Go-Jo-nun İsveçrənin Bazel şəhərində keçirilən Avroviziya 2025 mahnı müsabiqəsində Avstraliyanı "Milkshake Man" mahnısı ilə təmsil edəcəyini elan etmişdir.[4][9] Bu kompozisiya özünəinam, insanın özünün ən yaxşı versiyası olmasından duyduğu sevinc və fərdi xüsusiyyətlərini qəbul etməsi mövzularına həsr olunmuşdur. "Go-Jo"nun Avroviziya üçün seçə biləcəyi bir neçə əsəri olsa da, o, yekunda məhz "Milkshake Man" mahnısı üzərində dayanmışdır. Mahnı ifaçının özü və Avstraliyanın "Sheppard" pop qrupunun üzvləri tərəfindən birgə yazılmışdır.[7]
Avroviziya səhnəsindəki birbaşa çıxışından əvvəl "Go-Jo" müsabiqə çərçivəsində Amsterdam, London və Madriddə təşkil olunan promo gecələrdə iştirak etmişdir.[10]
2025-ci ilin avqust ayında musiqiçinin Avstraliyanın dörd şəhərini əhatə edən "Go-Jo The Milkshake Man" adlı musiqi turnesi, sentyabr ayında isə 10 ölkədə 13 konserti nəzərdə tutan "The Milkshake Man Europe Tour" adlı Avropa qastrol səfəri planlaşdırılmışdır.[10][11]
İstinadlar
redaktə- 1 2 https://www.instagram.com/heyimgojo/p/DCynPsjvIgB/.
- 1 2 https://www.theguardian.com/tv-and-radio/2025/feb/26/go-jo-australia-eurovision-contestant-2025.
- ↑ Eurovision. "Episode 7: Go-Jo The Official Eurovision Song Contest Podcast". YouTube. 20 березня 2025. İstifadə tarixi: 25 березня 2025.
- 1 2 3 4 "Go-Jo". eurovision.tv. 2 березня 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-02-26.
- ↑ "WAFL Player Profile - Marty Zambotto". 2025-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 лютого 2025.
- ↑ "Viral pop sensation Go-Jo to represent Australia at Eurovision 2025". İstifadə tarixi: 3 квітня 2025.
- 1 2 "Australia's got taste: A tall glass of Go-Jo". eurovision.tv (ingilis). 31 mart 2025. 7 sentyabr 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2025.
- ↑ "Go-Jo - Mrs. Hollywood (Official Visualiser)". YouTube. 29 mart 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2025.
- ↑ Peterson, Christian. "Australia: Go-Jo to Eurovision 2025 with "Milkshake Man"". Eurovisionworld. 2025-02-25. 28 лютого 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-02-26.
- 1 2 Smith, Laura. "Go-Jo's The Milkshake Man Europe Tour dates and tickets". Aussievision (ingilis). 25 aprel 2025. 29 aprel 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2025.
- ↑ Webster, Liv. "Go-Jo announces Australian tour post Eurovision 2025". Aussievision (ingilis). 3 aprel 2025. 29 aprel 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2025.