Ferdi Kadıoğlu (7 oktyabr 1999) — Niderlandda doğulmuş Türk əsilli futbolçu. Türkiyə milli futbol komandasında və İngiltərə Premyer Liqasında Brighton & Hove Albion FC klubunda müdafiəçi mövqeyində çıxış edir.
| Ferdi Kadıoğlu | |||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| türk. Ferdi Erenay Kadıoğlu türk. Ferdi Kadıoğlu | |||||||||||||||||||||||||||||||||||||
| Ferdi Kadıoğlu 2021-ci ildə | |||||||||||||||||||||||||||||||||||||
| Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||
| Tam adı | Ferdi Erenay Kadıoğlu | ||||||||||||||||||||||||||||||||||||
| Doğum tarixi | 7 oktyabr 1999 | ||||||||||||||||||||||||||||||||||||
| Doğum yeri | Arnem, Niderland Krallığı | ||||||||||||||||||||||||||||||||||||
| Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||||||||
| Boyu | 1.74 m | ||||||||||||||||||||||||||||||||||||
| Çəkisi | 64 kq | ||||||||||||||||||||||||||||||||||||
| Mövqeyi | Müdafiəçi (sol cinah) | ||||||||||||||||||||||||||||||||||||
| Klub haqqında məlumat | |||||||||||||||||||||||||||||||||||||
| Klub | Brighton & Hove Albion FK | ||||||||||||||||||||||||||||||||||||
| Karyerası | |||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||
|
|
|||||||||||||||||||||||||||||||||||||
Klub karyerası
redaktəNEC Nijmigen
redaktə2016-17
redaktəKadıoğlu karyerasının ilk illərini NEC Nijmegen futbol klubunda keçirmişdir. 28 Avqust 2016-cı ildə o, öz komandasının AZ Alkmaar klubuna qarşı səfərdə 2-0 məğlubiyyət əldə edən vaxt sonuncu əvəzləyici olaraq peşəkar futbol debütünü etmişdir. İlk peşəkar ilində 27 Erediviziya (Niderland peşəkar futbol diviziyası) matçında 4 qol və 4 assistlə yadda qaldı. NEC mövsümü 16-cı tamamladı və aşağı diviziya pley-offundan sonra Erediviziyanın altında olan Eerste Diviziyaya endi. Həmin matçlarda Kadıoğlu artıq 3 aşağı diviya matçını oynamışdı.
2017-18
redaktəKomandası ilə keçirdiyi ikinci peşəkar ilində Kadıoğlu heyətin özülü rolunu oynadı. O, 34 Eerste Diviziya matçını 7 qol və 12 assistlə tamamladı. NEC mövsümü 3-cü olaraq bitirsə də, yüksəliş pley-offunda FC Emmenə qarşı oynadığı matçda məğlub olduğuna görə Erediviziyaya yüksələ bilmədi. Kadıoğlu burada da həmçinin 3 yüksəliş pley-off oyununda yer aldı.
Fənərbaxça
redaktə2018-19
redaktə2018-ci ilin iyulunda Kadıoğlu Türkiyənin Super Liqa klubu olan “Fənərbaxça”ya o vaxtkı klubun məşhur hollandiyalı futbol meneceri Phillip Cocu ilə imza atdı.[1] İlk mövsümündə daha çox Fənərbaxçanın U21 komandasında oynadı və 20 dekabr 2018-ci ildə Türkiyə Kubokunda Giresunspor ilə matçda ehtiyat oyunçular skamyasından çıxaraq böyüklər heyətində debüt etdi.[2] O, həmçinin U21 Liqasında Fənərbaxça U21 ilə 11 oyun keçirdi.
2019-20
redaktəNövbəti mövsüm böyük heyətdə daha çox vaxt qazanaraq Fənərbaxça üçün ilk qolunu 19 Avqust 2019-cu ildə Qazianteplə görüşdə vurdu və 5-0 hesablı qələbə ilə yekun qola imza atdı.[3]
2020-21
redaktəÜçüncü mövsümündə klubun yeni futbol meneceri Erol Bulutla müqavilə imzaladıqdan sonra o, ilk iki mövsümünə nisbətən əsas komandada daha çox vaxt keçirdi və meydançada daha çox məsuliyyət daşıyan əsas oyunçulardan biri oldu.
2021-22
redaktəSonrakı ildə rəhbərlik dəyişikliyi ilə əvvəlcə Vitor Pereira, daha sonra İsmail Kartalın rəhbərliyi altında başlanğıc mövqeyini möhkəmləndirdi. Yaşına baxmayaraq, o, ardıcıl olaraq 90 dəqiqəlik tam matçlarda oynayaraq irəliləyişini nümayiş etdirdi. 17 mart 2022-ci ildə Fənərbaxça Ferdi Kadıoğlu ilə 2026-cı ilin iyununa qədər 4 illik müqavilə imzaladığını açıqladı.[4]
2022–23
redaktəBeşinci mövsümündə o, Fənərbaxça və Türkiyə milli futbol komandası üçün çoxlu üstünlüklərə malik bir oyunçu kimi yadda qaldı, ilk onbirdə (əsasən LB və RB) bir çox mövqelərdə çıxış etdi. Bundan əlavə, o, "Fənərbaxça"nın vitse-kapitanı adını qazandı. O, mövsümü bütün yarışlarda 4 qol və 5 məhsuldar ötürmə ilə başa vuraraq, cəmi 4175 dəqiqəlik oyun vaxtı qazandı.
2023–24
redaktəAltıncı mövsümündə o, yeni baş məşqçi və komandanın yerli əfsanəsi İsmail Kartal ilə çox güclü bir başlanğıc etdi.
Brighton & Hove Albion FK
redaktə27 Avqust 2024-də Kadıoğlu Brighton & Hove Albion ilə 4 illik müqavilə bağlayaraq Premyer Liqada oynamağa başladı. Transfer qiyməti mümkün 5 milyon avroluq əlavələrlə təxminən 30 milyon avro müəyyənləşdirildi.[5] Müqavilədə həmçinin gələcək satışlarla bağlı 10% miqdar əlavə edilən maddə də nəzərdə tutulmuşdur.
İstinadlar
redaktə- ↑ "Fenerbahce sign Ferdi Kadioglu from NEC". Turkish Football News. 14 iyul 2021. 27 noyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2021.
- ↑ "Kadioglu after five months debut for Fenerbahçe in bekerduel". 20 dekabr 2018. 8 fevral 2023 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2021.
- ↑ "Fenerbahçe trounce Gazişehir Gaziantep 5–0". 20 avqust 2019. 27 noyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2021.
- ↑ "Armamızla Uzun Yıllar Yeni Başarılara". 20 aprel 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2022.
- ↑ "Ferdi Kadioglu: Brighton sign Turkey full-back from Fenerbahce for £25m". BBC Sport. 27 avqust 2024. 29 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2024.