Darçınədviyyat. Həmişəyaşıl tropik darçın ağacının cavan budaqlarının soyulub qurudulmuş qabığından alınır.[1]

Darçın çubuqları və üyüdülmüş darçın

Darçının elmi adındakı növ adı olan "cinnamomum", yunancada "kinnamomon" sözündən yaranıb. Bəşər tarixinin ən qədim ədviyyatlarından biridir. Eramızdan əvvəl 3000 –ci ildə çinlilər tərəfindən istifadə olunurdu. Avropada XVI-XVIII əsrdə ən dəyərli və bahalı ədviyyatlardan biri hesab olunurdu. Məşhur tacir Anton Fugger 1530 –cu ildə imparator V. Karlın borc sənətlərini onun gözləri qarşısında darçın ədviyyat çubuqlarından yaranan bir odla yandırmış, beləcə öz zənginliyini sübut eləmişdir.

Faydaları

redaktə
  • Uzunmüddətli istifadə zamanı ürək-damar sistemi üçün olduqca faydalıdır (xolesterolu və qan təzyiqini tənzimləyir)[2];
  • Qanda şəkərin dərəcəsini aşağı saldığı üçün diabet xəstələrinin darçından istifadə etmələri məsləhət görülür[3][4];
  • Ağız qoxusuna qarşı effektivdir[5];
  • Güclü antioksidant və iltihab əleyhinə təsirə malikdir. İmmuniteti gücləndirmək üçün (qrip, soyuqdəymə, zökəmə və s. qarşı) istifadə oluna bilər;
  • Qadınlarda süd istehsalını artırır;
  • Həzm sisteminin işinə müsbət təsir göstərir.

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə