Cavetown (15 dekabr 1998, Oksford, Cənub-Şərqi İngiltərə[d]) — Birləşmiş Krallıqdan olan müğənni-mahnı yazarı və YouTuber. Onun diskoqrafiyasının böyük hissəsini indi-pop, indi-rok, bedrum pop və ukulele balladalı mahnılar təşkil edir. Bununla bərabər onun yaradıcılığında yeniyetməlik, psixi sağlamlıq və eləcə də LGBT mövzuları geniş yer tutur.

Cavetown
Cavetown 2025-ci ildə
Cavetown 2025-ci ildə
Ümumi məlumatlar
Doğum tarixi 15 dekabr 1998(1998-12-15) (27 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni-bəstəkar, televiziya prodüseri[d], musiqiçi
Fəaliyyət illəri 2012-ci ildən
Albom şirkəti Sire Records[d]
cave.town
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fəaliyyətinə 2012-ci ilin noyabrında "YouTube" məcrasından kanal açmaqla başlayıb. Paylaşdığı ilk orijinal mahnısı "Haunted Lullaby" adlanır. 2013-cü ildə hələ 14 yaşında özünün birinci albomu sayılan "Everything Is Made of Clouds"u "Bandcamp" üzərindən təqdim edib. 2024-cü ilin mart ayında onun "Spotify"da aylıq 6.6 milyon dinləyicisi olub.[1] 2024-cü ilin iyununda "YouTube" kanalındakı abunəçi sayı 2 milyonu ötüb.[2]

Həyatı

redaktə

Robin Daniel Skinner 15 dekabr 1998-ci ildə İngiltərənin Oksford şəhərində doğulmuşdur.[3] Musiqiyə erkən yaşlarından maraq göstərib. Atası Devid Skinner musiqişünas və xor dirijoru olub. O, övladının istedadını kəşf edərək 8 yaşından musiqiçi kimi yetişdirib, akustik gitara çalmağı öyrədib.[4][5] Anası isə peşəkar barokko flüt ifaçısı və musiqi müəllimi olub. Cavetown Kembricdə böyüyüb və təhsilini həmin şəhərdəki akademiya məktəbi olan "Parkside Community College[ing.]"-də alıb. 2010-cu ildən 2015-ci ilə qədər orada oxuyub. Qalan təhsilini 2017-ci ilə qədər "Hills Road Sixth Form College[ing.]"-də alıb.[6]

Şəxsi həyatı

redaktə

O, 2020-ci ildən trans kişidir.[7] ADHD-ya sahibdir.[8]

Diskoqrafiya

redaktə

Studiya albomları

  • Cavetown (2015)
  • 16/04/16 (2016)
  • Lemon Boy (2018)[9]
  • Sleepyhead (2020)[10]
  • Worm Food (2022)

Mini-albomlar

  • Dear. (2018)[11]
  • Man's Best Friend (2021)
  • little vice (2024)

Miksteyplər

İstinadlar

redaktə
  1. "Cavetown". Spotify. 10 mart 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2019.
  2. "cavetown". YouTube. 15 fevral 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyun 2020.
  3. Ginsberg, Gab. "Welcome to Cavetown's World, A Place That Feels Like Home". Billboard. 17 yanvar 2020. ISSN 0006-2510. 25 fevral 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2020.
  4. Hughel, Phoebe. "Cavetown (Robin Skinner)". The Seymour Owl. 3 aprel 2019. 8 oktyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyul 2019.
  5. "Cavetown". Cambridge Live. 22 noyabr 2018. 13 dekabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2019.
  6. "About – Cavetown". Cavetown Official Website. 19 yanvar 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyun 2020.
  7. "Cavetown apologises for resurfaced anti-semitic, racist and transphobic comments". Gay Times. 12 sentyabr 2020. 13 sentyabr 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 dekabr 2020.
  8. CAVETOWN. "shout out to my epic team for letting my adhd brain take its damn time !!!!♥️♥️♥️ (not just using that as an adjective literally have got adhd in my noggin)" (Tweet). 23 sentyabr 2022. İstifadə tarixi: 24 yanvar 2023.
  9. "Lemon Boy – Cavetown". Apple Music. 15 dekabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2019.
  10. "Sleepyhead – Cavetown". Apple Music (ingilis). 27 mart 2020. 9 iyun 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2020.
  11. "Dear. – EP – Cavetown". Apple Music. 15 dekabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2019.
  12. "Animal Kingdom – Various Artists". Apple Music. 8 iyun 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 sentyabr 2019.

Xarici keçidlər

redaktə