Bombardmançıbombaraket silahları vasitəsilə yerüstü, yeraltı, suüstü, sualtı obyektləri vurmaq üçün nəzərdə tutulan hərbi təyyarə.

Bombardmançı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bombardmançı Avro Vulcan

Bombardmançı təyyarələrin iki əsas təsnifatı var: strateji və taktiki. Strateji bombardman, əsasən strateji hədəflərə qarşı uzun mənzilli bombardman missiyaları üçün hazırlanmış ağır bombardmançılar tərəfindən həyata keçirilir. Taktiki bombardman düşmənin hərbi fəaliyyətinə qarşı çıxmaq və hücum əməliyyatlarını dəstəkləmək məqsədi daşıyır, adətən daha qısa məsafələrdə və daha kiçik təyyarələrlə həyata keçirilir.

Tarixdə təyyarədən bombaların atılması ilk dəfə İtaliya–Osmanlı müharibəsi zamanı həyata keçirilib.[1] Tarixdə ilk bombardmançı təyyarələr 1913-cü ildə istehsal olunmuş Caproni Ca 30Bristol T.B.8 olub.[2]

İstinadlar

redaktə
  1. Johnston, Alan. "Libya 1911: How an Italian pilot began the air war era". BBC News. 10 may 2011. 13 may 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 may 2011.
  2. Mark. Aerial Interdiction: Air Power and the Land Battle in Three American Wars (ingilis). DIANE Publishing. 1995-07. ISBN 978-0-7881-1966-8.

Həmçinin bax

redaktə