Uşaq — insan ontogenezinin doğumdan hüquqi və psixofizioloji yetkinlik mərhələsinə qədərki inkişaf fazasında olan fərd. Bu termin həmçinin prenatal dövrü əhatə edən fetusa da şamil edilə bilər. Hüquqi status baxımından uşaqlar məhdud səlahiyyət və öhdəliklərə malik olub, əhəmiyyətli qərarlar qəbul etmək qabiliyyəti olmayan subyektlər kimi qiymətləndirilir.[1][2]

Uşaq rəsmi.

Biologiya elmlərində uşaq adətən doğuşdan yetkinlik dövrünə, və ya körpəlik və yetkinlik dövrünə qədər olan inkişaf dövrü kimi müəyyən edilir. Qanuni olaraq, uşaq termini yetkinlik yaşına çatmamış və ya başqa yaş həddi altında olan hər kəsə aid edilə bilər.[3]

Azərbaycanda, adətən, uşaq ilk dişini çıxardıqda hədik bişirilir və qonum-qonşuya paylanır.[4]

Uşaqlıq mərhələləri

redaktə

Əsas qruplar

redaktə

Uşaq oyunlarından bəhs edərkən onları iki qrupa ayırır ki, onun bu fikirlərini əslində bütün uşaq folkloru nümunələrinə də aid etmək olar: "1) Böyüklərin köməyi ilə oynanan oyunlar. Bu cür oyunlar kiçikyaşlı uşaqlar arasında oynanılır… 2) Müstəqil oyunlar. Bu oyunlar nisbətən böyükyaşlı uşaqlar arasında oynanılır. Belə oyunlarda böyüklər iştirak etmir"[5]

Bir aylıq körpənin hərəkətləri:

redaktə
  • Ağzını açıb, anadan süd əmmək istəyər
  • Əllərini yumruq şəklində düzəldərək ağzına aparar
  • Oyaq olduğunda sizin üzünüzə baxaraq səsinizi dinləyər
  • Arxası üstündə olarkən yana dönməyə çalışar
  • Barmağınızı əmməyə çalışar
  • Ac və narahat olanda ağlayaraq öz problemini söyləməyə çalışar
  • Günün çox saatını yatar, 2–3 saatdan bir oyanaraq qidalanar
  • Oturaq şəkildə başını ara-sıra dik tuta bilər
  • Üzü üstə qoyulanda başını titrədərək qaldıra bilər[mənbə göstərilməlidir]
  • Barmağınızı ovcunun içində bərk-bərk tutar

Dəyişikliklər

redaktə
  • Göz əzələləri inkişaf etdikcə göz hərəkətlərini daha yaxşı səmtləşdirməyə başlar
  • Artıq şəxsiyyət yaranmağa başlayır, belə ki, bəzi körpələrin kür və səsli və bəzilərinin isə səssiz-səmirsiz olması buna işarədir
  • Birinci ayın sonuna doğru sizin danışıqlarınıza, səslərinizə və ona toxunmalarınıza görə gülümsəməyə çalışar
  • Qidalanma vaxtı getdikcə öz qaydasına düşər

İstinadlar

redaktə
  1. "Convention on the Rights of the Child" (PDF). General Assembly Resolution 44/25 of 20 November 1989. The Policy Press, Office of the United Nations High Commissioner for Human Rights. 31 oktyabr 2010 tarixində arxivləşdirilib (PDF).
  2. Gardner M. "For more children, less time for outdoor play: Busy schedules, less open space, more safety fears, and lure of the Web keep kids inside". The Christian Science Monitor. 29 iyun 2006.
  3. Burak, Tammie. "Are your kids really spending enough time outdoors?". Canadian Living. 2 iyul 2007. İstifadə tarixi: 22 noyabr 2009.
  4. Һәдик // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: ФростШүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 188.
  5. Süleymanova Ləman. Ortaq türk keçmişindən ortaq türk gələcəyinə. IV Uluslararası folklor konfransının materialları, Bakı. 2006. səh. 179.

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə