Little Simz (əsl adı: Simbiatu "Simbi" Abisola Abiola Acikavo; 23 fevral 1994, İslinqton, Böyük London) — əslən Nigeriyadan olan İngiltərə repçisi, müğənni, aktrisa. O, 2022-ci ildə "Ən yaxşı yeni artist" kateqoriyası üzrə "Brit" mükafatı qazanıb.[1] Eyni il o, "Sometimes I Might Be Introvert" albomuna görə "Merkuri" sahibi olub.[2]

Little Simz
ing. Simbiatu Abisola Abiola Ajikawo
Ümumi məlumatlar
Doğum tarixi 23 fevral 1994(1994-02-23) (32 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti repçi, müğənni, mahnı yazarı[d], aktrisa, musiqiçi
Fəaliyyət illəri 2010-cu ildən
Janr Britaniya hip-hopu
littlesimz.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, yeniyetmə yaşlarında "Spirit Warriors" və "Youngers" teleseriallarında rol almışdır. Eyni zamanda o, özünün müəllifi olduğu mahnıları SoundCloudBandcamp-a yerləşdirirdi. 21 yaşına çatanda artıq dörd miksteyp, beş minialbom və bir studiya albomu çıxarmışdı. Özü də hamısını şəxsi leyblı olan "Age 101 Music" vasitəsilə.

Həyatı

redaktə

Simbi 23 fevral 1994-cü ildə Şimali Londonun İslinqton borosunda nigeriyalı ailədə doğulub.[3] Mənşəcə Yoruba xalqındandır.[4][5][6] Uşaq ikən onun valideynləri ayrılıb. Anası və qardaş-bacıları ilə yaşayıb. Onun 12 və ya 13 yaşı olanda anası ailə problemləri olan uşaqları himayədar kimi qəbul etməyə başlayıb. Onların evinə müntəzəm olaraq yeni uşaqlar gəlib-gedirdilər. Simbi orta təhsilini Highbury Fields School-da alıb.

Hip-hopu ona amerikalı repçi Missi Elliot sevdirib. Yeddi yaşında ikən ona heyran idi. Onun bir artist kimi inkişafında Müqəddəs Merinin Gənclər Klubunun (St Mary's Youth Club) böyük rolu olub.[7] O, doqquz yaşında orada yaşıdları ilə birgə fristayl edirdi. Deyir "gənclər klubu mənim ikinci evim kimi idi. Dərsdən sonra küçələrdə sülənmək əvəzinə ora gedirdim".

Onun bir vaxtlar maraq dairəsində əsasən rəqs dayanırdı. Bir-birindən fərqli rəqs dərslərinə yazılmışdı.[8]

Diskoqrafiya

redaktə

Studiya albomları

  • A Curious Tale of Trials + Persons (2015)
  • Stillness in Wonderland (2016)
  • Grey Area (2019)
  • Sometimes I Might Be Introvert (2021)
  • No Thank You (2022)

İstinadlar

redaktə
  1. "Little Simz wins Best New Artist at the BRIT Awards 2022 | Proper Music Group" (ingilis). 9 fevral 2022. 4 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2024.
  2. D'Souza, Shaad; Snapes, Laura. "Mercury prize: Little Simz wins for Sometimes I Might Be Introvert". The Guardian (ingilis). 18 oktyabr 2022. ISSN 0261-3077. İstifadə tarixi: 30 noyabr 2024.
  3. "Little Simz's long path from council estate to Brit awards podium". the Guardian (ingilis). 11 fevral 2022. İstifadə tarixi: 1 mart 2022.
  4. Aroesti, Rachel. "Little Simz's long path from council estate to Brit awards podium". The Guardian. 11 fevral 2022. İstifadə tarixi: 12 fevral 2022.
  5. "Little Simz". Notion (ingilis). 8 yanvar 2020. 8 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 dekabr 2020.
  6. Ekanayake, Manu. "Who is… Little Simz?". Red Bull. 10 dekabr 2016. 9 fevral 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 yanvar 2017.
  7. "Islington rapper Lil Simz destined for big things – Music". Islington Gazette. 20 iyun 2012. İstifadə tarixi: 22 aprel 2013.[daimi ölü keçid]
  8. "Little Simz". thegentlewoman.co.uk (ingilis). 2 dekabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2024.

Xarici keçidlər

redaktə