Vikipediya:Azərbaycan dilinin rəqəmsal ensiklopediyası: #Vikipediya25
| Azərbaycan dilinin rəqəmsal ensiklopediyası: #Vikipediya25 | |
|---|---|
| | |
| Tarix | 18 aprel 2026 |
| Başlama tarixi | 18 aprel 2026 |
| Bitmə tarixi | 18 aprel 2026 |
| Yeri | |
| Təşkilatçılar | Azərsun Holdinq, "Azərbaycan vikimediaçıları" istifadəçi qrupu |
Azərbaycan dilinin rəqəmsal ensiklopediyası: #Vikipediya25 — "Azərbaycan vikimediaçıları" istifadəçi qrupu tərəfindən Vikipediya platformasının 25 illik yubileyi münasibətilə Azərsun Holdinqin dəstəyi ilə 18 aprel tarixində Xəyal adası[1] ərazisində keçirilməsi nəzərdə tutulan tədbir.
Tədbir haqqında
redaktəTədbir çərçivəsində Vikipediyanın yaranma tarixi, 25 illik inkişaf yolu və açıq bilik platformalarının müasir cəmiyyətdə rolu, vikipediyanın texniki imkanları ilə bağlı təqdimatların, müzakirələrin aparılması planlaşdırılır və Azərbaycan Vikipediya icmasının inkişafına töhfə vermiş istifadəçilərin mükafatlandırılması nəzərdə tutulur. Ümumilikdə 50 nəfərin təltif edilməsi planlaşdırılır. Onlardan 15 nəfər xüsusi aktiv fəaliyyəti ilə seçilən vikipediyaçı, 35 nəfər isə Azərbaycanca Vikipediyanın inkişafına verdikləri töhfələrə görə mükafatlandırılacaqdır. Tədbirdə Azərbaycan Vikipediya icmasının üzvləri, aktiv istifadəçilər, könüllülər və dəvət olunmuş qonaqlar daxil olmaqla ümumilikdə 150 nəfərin iştirak etməsi nəzərdə tutulur.
Tədbirin məqsədi
redaktəBu tədbir Vikipediya platformasının 25 illik yubileyinin qeyd olunması, açıq bilik ideyasının təşviqi və Vikipediya hərəkatının cəmiyyətdə rolunun vurğulanması məqsədilə təşkil ediləcəkdir. Tədbirin əsas məqsədi açıq bilik ideyasının təşviqi, Vikipediyanın qlobal və yerli səviyyədə rolunun vurğulanması və Vikipediya icmasının fəaliyyətinin tanıdılması, Vikipediyanın qlobal bilik ekosistemindəki əhəmiyyətini nümayiş etdirmək, yerli Vikipediya icmasının fəaliyyətini tanıtmaq və Azərbaycanda açıq bilik mədəniyyətinin inkişafına töhfə verməkdir. Həmçinin Azərbaycan Vikipediya icmasının aktiv istifadəçilərin töhfələrini, fəaliyyətini, qiymətləndirmək və icma üzvləri arasında bilik paylaşımını artırmaqdır. Eyni zamanda, tədbir könüllülərin motivasiyasını gücləndirmək, Vikipediyada onların gələcək fəaliyyətini və aktiv iştiraklarını dəstəkləmək məqsədini də daşıyır.
Tədbirin dəstəkçisi — Azərsun
redaktəAzərsun Holdinq Azərbaycan iqtisadiyyatının ən böyük və nüfuzlu şirkətlərindən biridir. 1991-ci ildə təsis edilmiş şirkət qida sənayesi, kənd təsərrüfatı, pərakəndə satış, daşınmaz əmlak və turizm sahələrində fəaliyyət göstərir. Azərsun həm yerli bazarda, həm də beynəlxalq miqyasda geniş tanınır və müxtəlif məhsul markaları ilə məşhurdur. Şirkətin məhsulları ölkə daxilində geniş yayılmışdır və həmçinin xarici bazarlara ixrac olunur, bu da onun beynəlxalq nüfuzunu artırır. Azərsun Holdinq yalnız biznes sahəsində deyil, həm də sosial məsuliyyət layihələrində aktiv iştirak edir. Şirkət təhsil, mədəniyyət, idman və sosial sahələrdə müxtəlif layihələr həyata keçirərək cəmiyyətin inkişafına dəstək göstərir. Buraya gənclərin təhsil imkanlarının artırılması, idman yarışlarının təşkili, mədəni tədbirlərin dəstəklənməsi və sosial layihələrdə iştirak daxildir. Bu tədbirdə Azərsun, Azərbaycanda Vikipediya icmasının fəaliyyətini təşviq etmək və bilik paylaşımını dəstəkləmək məqsədilə sponsorluk rolunu üstlənmişdir. Şirkət tədbirin təşkilinə maliyyə və logistika dəstəyi göstərməklə yanaşı, iştirakçıların rahatlığını təmin etmək və tədbirin uğurlu keçməsinə töhfə vermək üçün önəmli resurslar ayırmışdır. Bu dəstək, həm Vikipediya icmasının inkişafına, həm də biliklərin geniş ictimaiyyətlə paylaşılmasına töhfə verir və icma üzvlərinin fəaliyyətini daha da motivasiya edir.
Qalereya
redaktə- Dövlət Himni səsləndirərkən
- I Panel - Mövzu:Vikipediyanın 25 illiyi və Azərbaycandilli Vikipediyanın gələcək inkişafı
- II Panel. Mövzu: Azərbaycandilli Vikipediyada məzmun yaradıcılığının xüsusiyyətləri
- Tədbir öncəsi keytrinq
- Azərbaycanda Vikimedia faəliyyətinin inkişafına həsr olunmuş foto-sərgiyə baxış
İstinadlar
redaktə- ↑ "Dream land". www.dreamland.az. İstifadə tarixi: 18 fevral 2026.