
Dek 01, 2025 | 16:00EzamiyyətlərMolekulyar Biologiya İnstitutu Publik Hüquqi Şəxsin əməkdaşı, b.ü.f.d....
Noy 28, 2025 | 13:53EzamiyyətlərXəzər dənizinin Abşeron sahillərində növbəti elmi ekspedisiya həyata k...
Noy 27, 2025 | 12:00Mühüm hadisələrAMEA-nın müxbir üzvü Pənah Muradov Asiya Elmlər Akademiyasının akademi...
Noy 23, 2025 | 15:32Mühüm hadisələrTürkiyənin Erciyez Universitetinin professoru Yusuf Özkul MBBİ-nin qon...
Noy 14, 2025 | 14:53Konfranslar, iclaslarMBBİ-də Elmi şuranın növbəti iclası keçirilib...
Noy 13, 2025 | 15:00Mühüm hadisələrMeyvəçilik sahəsində Çin–Azərbaycan elmi əməkdaşlığı genişlənir...
Noy 13, 2025 | 08:05Mühüm hadisələrMənim üçün “Şöhrət” ordeni yeni elmi hədəflərin simvoludur...
“Transactions of the Institute of Molecular Biology & Biotechnologies” jurnalının növbəti nömrəsi çapdan çıxıb
AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu (MBBİ) tərəfindən nəşr olunan “Transactions of the Institute of Molecular Biology & Biotechnologies” jurnalının növbəti nömrəsi (cild 9, nömrə 1) işıq üzü görüb. Bu nömrədə Azərbaycan Respublikasının və xarici ölkələrin müxtəlif elmi-tədqiqat və ali təhsil müəssisələrində biologiya, aqrar və tibb elmləri sahəsində aparılan multidissiplinar araşdırmaların mühüm nəticələrini özündə əks etdirən ümumilikdə 10 məqalə nəşr edilib. Qeyd edək ki, beynəlxalq standart seriya nömrələri (ISSN: çap – 2709-0744, elektron – 2709-0752) ilə ingilis dilində nəşr edilən jurnalın bütün məqalələrini PDF formatında jurnalın saytından (https://www.timbb.az/) və ya institutun saytında jurnal üçün ayrılmış səhifədən (https://imbb.az/az/content/190) əldə etmək mümkündür. Hazırda jurnalın saytı beynəlxalq standartlara uyğun olaraq yenilənir, nəşrin Scopus və WoS kimi nüfuzlu bazalara daxil edilməsi istiqamətində intensiv fəaliyyətlər davam etdirilir.